İnflunser Marketinq
Brend & Sahİbkarlar üçün
İnsaytlara əsaslanan influnser marketinqi ilə real nəticələr əldə edin. Splenper, biznesinizin doğru influenserlərlə əlaqə qurmasına və ölçülə bilən uğura çatmasına kömək edən çevik, süni intellekt dəstəkli alətlər təqdim edir.
splenper
Splenper biznesinizin böyüməsinə necə kömək edə bilər?
İnflunserlərlə işləmək görün nə qədər asandır
Splenper platforması ilə doğru influenserləri tapmaq, onlara təklif göndərmək və əməkdaşlığa başlamaq çox sadə və sürətlidir.
Bütün proses bir yerdə idarə olunur, əlavə mürəkkəb yazışmalara və görüşlərə ehtiyac yoxdur. Bu, biznesinizə vaxt və resurs qənaəti gətirir və uğurlu kampaniyaların əsasını qoyur.
Reklamlarınızı idarə etmək isə çox sadədir
nə əldə EDİRSİNİZ
Splenper vasitəsilə nələr edə bilərsiniz?
Tək bir güclü platforma ilə problemsiz influnser əməkdaşlıqlarını təmin edin, kampaniyaları real vaxt analitikası ilə idarə edin və ölçülə bilən inkişaf əldə edin.
Birbaşa əməkdaşlıq
Əməkdaşlıq funksiyası, bizneslərə statistik göstəriciləri tam görünən və təsdiqlənmiş influnserlər arasından seçim edərək, onlara birbaşa təklif göndərmək imkanı yaradır. Qiymətlər influnserin performansına əsaslanan alqoritmlə təyin olunur, bu şəffaflıq və ədalətli qiymətlər deməkdir. Təklif qəbul edildikdən sonra kontent hazırlanması mərhələsi başlayır və bütün proses tam avtomatlaşdırılmış şəkildə idarə olunur – heç bir əlavə yazışma və nəzarətə ehtiyac yoxdur.
Barter
Barter funksiyası, bizneslərə məhsul və ya xidmətlərini kontent qarşılığında təqdim etməklə reklam etmək imkanı yaradır. Biznes uyğun influnserləri seçir, onlara təklif göndərir və məhsullar çatdırıldıqdan sonra layihə avtomatik olaraq başlayır. Paylaşımlar, təsdiqlər və nəticələrin toplanması sistem tərəfindən idarə olunur, bu da əlavə nəzarət və yazışmalara ehtiyac olmadan effektiv və sürətli əməkdaşlıq təmin edir.
Hərrac
Hərrac funksiyası vasitəsilə, bizneslər əvvəlcədən hazırlanmış kontenti platformada yerləşdirir və öz seçdiyi filterlərə uyğun influnserlər bu kontenti paylaşmaq üçün müraciət edir. Brendinizə faydası olan influnserlərlə, daha aşağı büdcə ilə daha geniş auditoriyaya çatmaq imkanı verir. İnflunserlərin paylaşımları və kampaniya nəticələri tam avtomatlaşdırılmış sistemlə idarə olunur, vaxt və xərc qənaəti təmin edilir.
Affiliate
Məhsullarınızı heç bir ilkin büdcə xərcləmədən influnserlər vasitəsilə tanıtmaq imkanı yaradırıq. Siz məhsullarınızı sistemə əlavə edirsiniz və influnserlər satmaq üçün paylaşım edirlər. Onlara unikal izləmə linkləri təqdim olunur və yalnız satış baş verdikdə komissiya ödənilir. Satış nəticələrinin izlənməsi – tam şəkildə avtomatlaşdırılıb. Brendlərə risk etmədən yeni müştərilər qazanmaq və satışlarını artırmaq üçün effektiv imkanlar təqdim edirik.
Ambassador
Bizneslərə influnserləri aylıq əsasda brend səfiri kimi seçərək davamlı əməkdaşlıqlar qurmaq imkanı yaradırıq. İnflunseri seçir, aylıq təklifinizi fərdiləşdirir və mütəmadi tapşırıqlar təyin edirsiniz. Paylaşımlar, kontent təsdiqləri və nəticələrin izlənməsi tam şəkildə sistem tərəfindən idarə olunur. Nəticədə brendiniz davamlı şəkildə tanıdılır, auditoriyanızla uzunmüddətli bağlılıq qurulur və hər ay sabit nəticələr əldə olunur – əlavə nəzarət və resurs sərf etmədən.
Tender (tezliklə)
Tender funksiyası, bizneslərə kampaniya və ya kontent ideyasını sistemə yerləşdirərək influnserlərdən qiymət təklifləri almaq imkanı yaradır. Təklif mərhələsində hər bir influnserin alqoritm tərəfindən qiymətləndirilməsi və təqdim etdiyi qiymət açıq şəkildə görünür. Tender istənilən əməkdaşlıq növü üçün istifadə oluna bilər – məsələn, ambassador, əməkdaşlıq formatında. Tender daha çevik və bazara uyğun əməkdaşlıqlar qurmağı asanlaşdırır.
Tez-tez soruşulan suallar
Splenper-in influnser marketinqi ilə bağlı suallar
Biznesiniz üçün influenser marketinqi haqqında daha çox öyrənmək istəyirsiniz?
İnflunser qiymətləri Splenper-in süni intellektlə idarə olunan alqoritmi tərəfindən müəyyən edilir. Bu alqoritm, əlaqə, əhatə dairəsi və böyümə kimi real vaxt sosial media statistikalarına əsaslanaraq qiymətləri hesablayır.
Ödənişlər Splenper tərəfindən təhlükəsiz şəkildə saxlanılır və yalnız layihə tamamlandıqdan və iş sahibi tərəfindən təsdiq olunduqdan sonra influnserə verilir, bu da keyfiyyətli nəticələrin təmin edilməsini təmin edir.
Əgər influnser layihəni tamamlamırsa, ödəniş saxlanılır, iş sahibləri əvəzləyici tələb edə bilər və ya əməkdaşlığı ləğv edərək vəsaitlərini itirmədən prosesi başa çatdıra bilərlər.
Bizneslər əvvəlcədən hazırlanmış məzmunu yükləyir və influnserlər bu məzmunu öz platformalarında paylaşmaq üçün təklif verə bilərlər. Influnserlər məzmunu paylaşdıqları üçün müəyyən bir ödəniş alırlar, eyni zamanda biznes mesaj üzərində nəzarəti saxlayır.
Splenper, Instagram, Facebook, TikTok və YouTube kimi platformalara birbaşa API bağlantılarından istifadə edir, bu da bütün insights və statistikaların dəqiq, güncel və etibarlı olmasını təmin edir.